TÜRKMƏNİSTANLA ƏMƏKDAŞLIQ MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNUB
19 may 2026
İqtisadiyyat Nazirliyində keçirilən görüşdə Azərbaycan-Türkmənistan iqtisadi tərəfdaşlığının inkişaf perspektivləri müzakirə olunub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Türkmənistan Prezidentinin yanında Arkadağ şəhərinin Tikinti üzrə Dövlət Komitəsinin sədri Deryageldi Orazov ilə görüşüb.
Görüşdə Azərbaycan-Türkmənistan iqtisadi tərəfdaşlığının inkişaf perspektivləri müzakirə olunub. Tərəflər investisiya, nəqliyyat-logistika və tranzit daşımaları sahələrində əməkdaşlığın müsbət nəticələrini vurğulayıblar.
Həmçinin ticarət, enerji və digər istiqamətlərdə qarşılıqlı fəaliyyətin təşviqi, regional iqtisadi əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
Tərəflər iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsinin hər iki ölkənin dayanıqlı inkişafına və regionda iqtisadi inteqrasiyanın güclənməsinə töhfə verəcəyini qeyd ediblər.
Digər Xəbərlər
08.06.2026
04.06.2026
03.06.2026
02.06.2026
01.06.2026
26.05.2026