TÜRKİYƏ İLƏ ƏCZAÇILIQ SƏNAYESİ ÜZRƏ ƏMƏKDAŞLIQ MÜZAKİRƏ OLUNUB
02 dekabr 2025
Türkiyənin “GEN İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş.” şirkəti ilə həyata keçirilən əczaçılıq zavodu layihəsi üzrə cari vəziyyət və gələcək planlara dair fikir mübadiləsi aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin “GEN İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş.” şirkətinin Direktorlar Şurasının sədri Abidin Gülmüş ilə görüşüb. Görüşdə ölkəmizdə əczaçılıq sənayesində inkişaf perspektivləri və həyata keçirilən layihələrin əhəmiyyəti müzakirə edilib.
Tərəflər birgə fəaliyyət çərçivəsində həyata keçirilən əczaçılıq zavodu layihəsi üzrə cari vəziyyət və gələcək planlara dair fikir mübadiləsi aparıblar.
Görüşdə gələcək əməkdaşlıq istiqamətləri, istehsal potensialının artırılması, innovativ yanaşmaların tətbiqi və Azərbaycanda əczaçılıq sektorunun daha da inkişaf etdirilməsi ilə bağlı planlar nəzərdən keçirilib.
Qeyd edək ki, “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman vasitələrinin istehsalı müəssisəsinin inşası ölkəmizdə əczaçılıq sənayesi üzrə ixtisaslaşmış Pirallahı Sənaye Parkında davam etdirilir. Layihə İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu, “GEN İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” şirkəti və “SİA Pharmaceutical” MMC ilə birgə həyata keçirilir.
Digər Xəbərlər
08.06.2026
04.06.2026
03.06.2026
02.06.2026
01.06.2026
26.05.2026