SLOVAKİYA İLƏ İQTİSADİ-TİCARƏT ƏMƏKDAŞLIĞI MÜZAKİRƏ EDİLİB
19 may 2026
Slovakiya ilə sənaye, ticarət, enerji, infrastruktur və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Slovakiya Respublikasının investisiyalar, regional inkişaf və informasiya naziri Samuel Miqal ilə görüş keçirib.
Görüş zamanı Azərbaycan ilə Slovakiya arasında münasibətlərin dinamik inkişaf etdiyi vurğulanıb, iqtisadi əməkdaşlığın genişlənməsinin qarşılıqlı tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfə verdiyi qeyd olunub. Tərəflər iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyini nəzərdən keçirərək iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi üçün geniş imkanların olduğunu bildiriblər.
Müzakirələr zamanı qarşılıqlı investisiyaların təşviqi, biznes subyektləri arasında əlaqələrin genişləndirilməsi məsələləri diqqət mərkəzində olub. Görüşdə sənaye, ticarət, enerji, infrastruktur və regional inkişaf sahələrində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
08.06.2026
04.06.2026
03.06.2026
02.06.2026
01.06.2026
26.05.2026