header-img

Xəbərlər

SƏLAHİYYƏTLİ NÜMAYƏNDƏ VƏTƏNDAŞLARI QƏBUL EDİB

02 mart 2026

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov vətəndaşları qəbul edib.
Qəbulda vətəndaşların, o cümlədən şəhid ailələrinin üzvlərinin və müharibə iştirakçılarının müraciətləri dinlənilib. Vətəndaşlar, əsasən, sosial təminat, məşğulluq, əlillik, kommunal xidmətlər, həmçinin digər sosial məsələlərlə bağlı müraciətlər ediblər.
Səlahiyyətli nümayəndə qaldırılan məsələlərin hər birinin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılacağını və onların həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyini bildirib.

Digər Xəbərlər