ORDUBAD RAYONUNDA YERLƏŞƏN “ƏYLIS” QUM-ÇINQIL YATAĞI ÜZRƏ HƏRRAC KEÇIRILIB
17 mart 2026
Ordubad rayonunda yerləşən “Əylis” qum-çınqıl yatağı üzrə hərrac keçirilib
“Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin inzibati binasında Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yer təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac təşkil edilib.
Hərraca Ordubad rayonu ərazisində yerləşən “Əylis” qum-çınqıl yatağı çıxarılıb. Başlanğıc qiyməti 50 000 (əlli min) manat olan hərrac 60 000 (altmış min) manatla yekunlaşıb.
Qeyd edək ki, hərrac Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003-cü il tarixli, 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yer təkinin istifadəyə verilməsi üzrə hərracların (auksion və müsabiqələrin) keçirilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilib.
Digər Xəbərlər
08.06.2026
04.06.2026
03.06.2026
02.06.2026
01.06.2026
26.05.2026