NAXÇIVANIN İQTİSADİYYAT NAZİRİ TÜRKİYƏNİN BAŞ KONSULU İLƏ GÖRÜŞÜB
12 iyul 2025
İyulun 16-da Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev ilə Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya arasında görüş keçirilib.
Naxçıvanda iqtisadi sahədə görülən işlər barədə qonağa məlumat verən nazir Kazım Hüseynəliyev iki qardaş ölkə arasında sözügedən sahədə ikitərəfli əməkdaşlığın ardıcıl və məqsədyönlü şəkildə inkişaf etdirildiyini diqqətə çatdırıb.
Səmimi görüşə görə təşəkkürünü bildirən Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya iki ölkə arasında münasibətlərin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın genişlənməsindən məmnunluğunu ifadə edib.
Görüş zamanı, həmçinin, iqtisadi əlaqələrin inkişafı istiqamətində görülə biləcək işlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
08.06.2026
04.06.2026
03.06.2026
02.06.2026
01.06.2026
26.05.2026