NAXÇIVANDA 9474 DAŞINMAZ ƏMLAK QEYDİYYATA ALINIB
23 dekabr 2025
2025-ci ilin yanvar-noyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən 9474 daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydiyyata alınıb.
Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 4177-si torpaq sahəsi, 3581-i fərdi yaşayış və bağ evi, 1281-i mənzil, 204-ü qeyri-yaşayış sahəsi, 197-si qeyri-yaşayış binası, 34-ü əmlak kompleksidir.
Cari ilin 11 ayında daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastr xidmətlərindən ümumilikdə 2,1 milyon manat xidmət haqqı toplanıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz artım deməkdir.
Digər Xəbərlər
25.07.2026
24.07.2026
24.07.2026
23.07.2026
22.07.2026
22.07.2026