NAXÇIVANDA 67 HƏRRAC KEÇİRİLİB
23 dekabr 2025
Bu ilin yanvar–noyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasında dövlət əmlakının özəlləşdirilməsi, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə və icarəyə verilməsi, ipoteka predmeti olan əmlakın satışı və yerin təkindən istifadə ilə bağlı ümumilikdə 67 hərrac təşkil olunub.
Hərraclar Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən şəffaflıq və rəqabət prinsipləri əsasında keçirilib.
Keçirilən hərraclar nəticəsində dövlət mülkiyyətində olan 12 nəqliyyat vasitəsi, 8 qeyri-yaşayış sahəsi, 11 adda xammal və material özəlləşdirilib, bələdiyyələrə məxsus 20 torpaq sahəsi mülkiyyətə, 10 torpaq sahəsi icarəyə verilib. İpoteka predmeti olan 2 fərdi yaşayış evi, 1 mənzil satılıb. Bəhs olunan dövrdə yerin təkindən istifadə ilə bağlı keçirilən 3 hərracda 3 faydalı qazıntı yatağı istismara verilib.
Digər Xəbərlər
08.06.2026
04.06.2026
03.06.2026
02.06.2026
01.06.2026
26.05.2026