NAXÇIVANDA 58 HƏRRAC KEÇİRİLİB
18 noyabr 2025
Bu ilin yanvar–oktyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasında dövlət əmlakının özəlləşdirilməsi, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə və icarəyə verilməsi, ipoteka predmeti olan əmlakın satışı və yerin təkindən istifadə ilə bağlı ümumilikdə 58 hərrac təşkil olunub.
Hərraclar Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən şəffaflıq və rəqabət prinsipləri əsasında keçirilib.
Keçirilən hərraclar nəticəsində dövlət mülkiyyətində olan 9 nəqliyyat vasitəsi, 8 qeyri-yaşayış sahəsi, 11 xammal və material özəlləşdirilib, bələdiyyələrə məxsus 15 torpaq sahəsi mülkiyyətə, 10 torpaq sahəsi icarəyə verilib. İpoteka predmeti olan 2 fərdi yaşayış evi, 1 mənzil satılıb. Bəhs olunan dövrdə yerin təkindən istifadə ilə bağlı 2 hərrac keçirilib.
Digər Xəbərlər
08.06.2026
04.06.2026
03.06.2026
02.06.2026
01.06.2026
26.05.2026