NAXÇIVANDA 4 QEYRİ-YAŞAYIŞ SAHƏSİ HƏRRAC YOLU İLƏ ÖZƏLLƏŞDİRİLİB
17 dekabr 2025
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi ilə bağlı hərrac keçirilib.
Şahbuz rayonunun Qızıl Qışlaq və Kiçikoba kəndləri üzrə 4 qeyri-yaşayış sahəsi, Şərur rayonunun Gümüşlü, Muğanlı, Kərimbəyli və Ələkli kəndləri üzrə 6 qeyri-yaşayış sahəsi olmaqla, ümumilikdə 10 qeyri-yaşayış sahəsi hərraca çıxarılıb.
Hərraca çıxarılan qeyri-yaşayış sahələrindən 4-ü özəlləşdirilib, 2 sahibkar hərracın qalibi olub. 6 qeyri-yaşayış sahəsinə isə sifariş verilmədiyi üçün hərrac baş tutmayıb.
Qeyd edək ki, keçirilməsi nəzərdə tutulan hərrac və müsabiqələrlə bağlı ətraflı məlumatı Əmlak Məsələləri Dövlət Xidmətinin (http://nemlak.gov.az/az/) və “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin (http://nauksion.gov.az) rəsmi saytlarından əldə etmək olar.
Digər Xəbərlər
08.06.2026
04.06.2026
03.06.2026
02.06.2026
01.06.2026
26.05.2026