Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin rəhbər heyəti və nümayəndələri şəhid məzarlarını ziyarət edib
26 sentyabr 2025
Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsinin başlamasından beş il ötür. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və şanlı ordumuzun qəhrəmanlığı ilə 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
27 sentyabr – Anım Günü münasibətilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi və tabeliyindəki qurumların rəhbər heyəti və nümayəndələri şəhid məzarlarını ziyarət edib.
Müstəqilliyimiz, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi dərin hörmət və minnətdarlıqla yad olunub, məzarları üzərinə gül dəstələri qoyulub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Digər Xəbərlər
08.06.2026
04.06.2026
03.06.2026
02.06.2026
01.06.2026
26.05.2026