KƏNGƏRLİ RAYONUNDA VƏTƏNDAŞ QƏBULU KEÇİRİLİB
01 aprel 2026
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Müslüm Cabbarzadə Kəngərli rayonunda vətəndaşları qəbul edib.
Rayonun İcra Hakimiyyətində keçirilən qəbulda sakinlər qeyri-yaşayış sahəsinin sənədləşdirilməsi, sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsinin ayrılması və digər məsələlərlə bağlı köməklik göstərilməsi məqsədilə müraciət ediblər.
Qəbulda vətəndaşların müraciətləri fərdi qaydada dinlənilib, araşdırma tələb edən müraciətlər üzrə əmlaklara yerində baxılması qərara alınıb, vətəndaşlara qanunvericiliyə uyğun cavab və izahatlar verilib.
Digər Xəbərlər
25.07.2026
24.07.2026
24.07.2026
23.07.2026
22.07.2026
22.07.2026