header-img

Xəbərlər

İQTİSADİYYAT NAZİRLİYİNDƏ KEÇİRİLƏN GÖRÜŞDƏ AYİB-LƏ ƏMƏKDAŞLIQ İMKANLARI MÜZAKİRƏ EDİLİB

20 may 2026

Avropa Yenidənqurma və İnkişaf Bankı ilə infrastrukturun təkmilləşdirilməsi, şəhərsalma layihələri və digər istiqamətlərdə tərəfdaşlığın genişləndirilməsi perspektivləri nəzərdən keçirilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində ölkəmizdə səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının Dayanıqlı İnfrastruktur Qrupunun idarəedici direktoru Harri Boyd-Karpenter ilə görüşüb.

Görüşdə Bankla əməkdaşlığın gündəliyində olan prioritet istiqamətlər nəzərdən keçirilib.

Gəncə Yaşıl Şəhər Fəaliyyət Planı çərçivəsində həyata keçirilən tədbirlər, şəhərlərin su təchizatının və Naxçıvanda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, şəhərsalma layihələri barədə müzakirələr aparılıb

Digər Xəbərlər