İQTİSADİYYAT NAZİRLİYİNDƏ “HAİMAKER” ŞİRKƏTİNİN BAŞ İCRAÇI DİREKTORU İLƏ GÖRÜŞ KEÇİRİLİB
09 aprel 2026
Azərbaycanda süni intellekt infrastrukturunun yaradılması imkanları ətrafında fikir mübadiləsi aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov “Haimaker” şirkətinin baş icraçı direktoru Su Le ilə görüşüb.
Görüşdə Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində görülən işlər barədə məlumat verilib. Ölkəmizdə süni intellekt infrastrukturunun yaradılması imkanları ətrafında fikir mübadiləsi aparılıb. Bu istiqamətdə strateji təkliflər, o cümlədən Ələt azad iqtisadi zonasında data mərkəzin yaradılması və bulud platformasının formalaşdırılması məsələləri müzakirə edilib.
Tərəflər əməkdaşlığın hüquqi əsaslarının təşkili, qabaqcıl texnologiyaların transferi və rəqəmsal ekosistemin inkişafına yönəlmiş birgə təşəbbüslərin həyata keçirilməsi perspektivlərini nəzərdən keçiriblər.
Digər Xəbərlər
08.06.2026
04.06.2026
03.06.2026
02.06.2026
01.06.2026
26.05.2026